Dünyada 27 milyondan çox COVID-19 ilə yoluxma halları qeydə alınıb

6 Sentyabr 2020 08:52

Dünyada pandemiya dövründə 27 milyondan çox insanın koronavirus infeksiyası ilə bağlı analizlərin nəticəsi müsbət çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Worldometers portalı bildirib.

Eyni zamanda, təxminən 19,2 milyon xəstə xəstəlikdən sağalıb. Bundan əlavə, 882 976 vətəndaş xəstəliyin qurbanı oldu.

7 013 762 aktiv xəstə arasında 60 907 nəfərin vəzittəyi ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus virusunun yayılmasını pandemiya olduğunu elan etdib.

Milli.Az