Məcburi köçkünlərin məktəbli uşaqlarına futbol forması hədiyyə edilib - VİDEO

5 Sentyabr 2020 22:33

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və Millət vəkili Rauf Əliyev Xocalı, Xankəndi və Şuşadan olan məcburi köçkünlərin məktəbli uşaqlarına futbol forması hədiyyə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəsmi "Twitter" səhifəsinə məlumat verilib.

Layihənin məqsədi məktəblilər arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Milli.Az