Azərbaycan Ordusu “Qafqaz-2020” təlimlərində iştirak etməyəcək

5 Sentyabr 2020 21:03

Azərbaycan Ordusunun hərbi qulluqçuları "Qafqaz-2020" təlimlərində iştirak etməyəcək.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirib: "Cari ilin sentyabr ayında Rusiyada keçiriləcək "Qafqaz-2020" təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək.

Qeyd olunan hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır".

Milli.Az