İqor İvanoviç Seçin “Dostluq” ordeni ilə təltif edildi - SƏRƏNCAM

5 Sentyabr 2020 16:19

Prezident İlham Əliyev İ.İ.Seçinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə İqor İvanoviç Seçin "Dostluq" ordeni ilə təltif edilir.

Milli.Az