Bakı klubu yunanıstanlı müdafiəçi transfer etdi

5 Sentyabr 2020 18:50

Bakının "Zirə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "qartallar" Dimitrios Çantakiasla ilə anlaşıb.

25 yaşlı yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçunun son klubu Bolqarıstanın "Çerno More" klubu olub. Çantakias daha əvvəl ölkəsinin "Panetolikos", "Fokiko" və "Kerkira" klublarının da şərəfini qoruyub.

Milli.Az