"Real" "Çelsi"yə 160 milyon avro ödəyəcək

5 Sentyabr 2020 18:05

"Real"ın Eden Azara görə "Çelsi"yə ödədiyi məbləğ məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, madirlilər bu tansferə görə 160 milyon avro ödəməlidir.

Avropa mediasının yazdığına əsasən, "Real" 3 mərhələdə "Çelsi"yə ödəniş etməlidir. Ötən il bu məbləğ 40 milyon avro təşkil edirdisə, bu il 56 milyon, növbəti il isə 64 milyon avro ödənməlidir. Bununla yanaşı, 3 il ərzində Azarı yetişdirən Belçikanın "Tübiz" klubunun hesabına da müvaifq olaraq 200 min, 280 min və 320 min avro köçürülməlidir.

Milli.Az