Ermənistanda alkoqol zəhərlənməsindən ölənlərin sayı 17-yə çatıb

5 Sentyabr 2020 17:19

Ermənistanda bir həftə ərzində 46 nəfər spirtli içkidən zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, onlardan 17 nəfəri həyatını itirib.

Zəhərlənmə halları Yerevan, Armavir və Kotayk şəhərlərində qeydə alınıb.

İlk zəhərlənmə və ölüm faktları avqustun 31-də baş verib. 9 nəfər Kotaykda, 7 nəfər Yerevanda həyatını itirib.

Xəstəxanalarda 13 nəfərin müalicəsi davam edir.

Milli.Az