Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 304 nəfərə çatıb

5 Sentyabr 2020 15:30

Azərbaycanın işğal altında olan ərazilərində indiyədək yeni növ koronavirusa yoluxanların ümumi sayı 304 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, son sutkada Dağlıq Qarabağda 2 yeni yoluxma faktı qeydə alınıb.

İndiyə qədər 270 nəfər xəstəlikdən sağalıb, 32 nəfərin müalicəsi davam edir. Onlardan 2 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti isə orta ağırdır.

Hazırda 55 nəfər karantindədir.

Milli.Az