"Real Madrid"dən "Milan"a - RƏSMİ

5 Sentyabr 2020 16:18

"Real Madrid" futbolçusu Brahim Diası "Milan"a icarəyə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin 2020/2021 mövsümünü icarə əsasında A seriyası təmsilçisində keçirəcəyi bildirilib. O, yeni klubunda 21 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, Dias ötən mövsüm 10 oyunda 1 qol vurub, 1 qolun ötürməsini verib.

Milli.Az