Neft ucuzlaşıb

5 Sentyabr 2020 12:09

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 3,2% azalaraq 1 barelə görə 42,66 dollar təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,87% azalaraq 42,34 dollar təşkil edib.

Milli.Az