"Yuventus" qapıçısı Mattia Perini yenidən icarəyə göndərib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən mövsümü icarə ilə "Cenoa"da oynamış 27 yaşlı qolkiper növbəti mövsümdə də İtaliya klubunun formasını geyinəcək.
M.Perin geridə qalan mövsüm A Seriyasında 21 matça çıxıb. O, bu oyunlarda qapısında ümumilikdə 37 top görüb.
Qeyd edək ki, qapıçı "Yuventus"a 2018-ci ildən elə "Cenoa"dan keçib.
Milli.Az