Köhnə texnologiya faydalı qazıntılar və tikinti minerallarının hasilatında poblem yaradır

5 Sentyabr 2020 08:02

Azərbaycanda faydalı qazıntılar və tikinti minerallarının hasilatı sahəsində poblemlər var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.

Onun sözlərinə görə, mədən torpağının idarəçiliyində xeyli problemlər var: "Texnologiyaların köhnəliyi, müasir texnologiyaların olmaması kimi problermlər qalmaqdadır. Bu problemlərin aradan qaldırılması üçün qanunvericilikdə müəyyən təkmilləşdirmə işləri aparılır. Təkmilləşdirmədən sonra yaranan problemlər həllini tapa bilər".

Milli.Az