Messinin uzun sürən "Barselona" məsələsi sona çatdı - Özü açıqladı

4 Sentyabr 2020 20:55

"Barselona"nın kapitanı Lionel Messi klubda qalacaq.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə 33 yaşlı argentinalı hücumçu özü məlumat verib.

Messi, klubda qalacağını, ancaq Bartomeunun idarəçiliyinin bərbad olduğunu bildirib:

"Xoşbəxt deyildim və klubdan ayrılmaq istədim. Buna heç bir şəkildə icazə verilmədi və qanuni mübahisəyə girməmək üçün klubda qalacağam. Bartomeunun rəhbərlik etdiyi klubun rəhbərliyi fəlakətdir".

Milli.Az