2021-ci ilin ortalarınadək koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə gözlənilmir - ÜST

4 Sentyabr 2020 17:20

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ilin ortalarınadək dünyada koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə gözləmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Marqaret Harris brifinq zamanı deyib.

O bildirib ki, həmin müddətədək kütləvi peyvəndləmə real görünmür: "Hazırda kifayət qədər potensial vaksinin kliniki sınaqlarının üçüncü mərhələləri davam edir. Bu vaksinlərin sınaqlarının başa çatması və təsdiqlənməsi üçün vaxt lazımdır".

Milli.Az