Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Herta"dan ayrılan Vedad İbişeviçi transfer edib.
36 yaşlı bosniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb. Vedad yeni klubunda 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, İbişeviç 2015-ci ilin avqustundan "Herta"da çıxış edirdi. O, Almaniyada "Ştutqart", "Hoffenhaym" və "Allemaniya"da da forma geyinib. Bosniya və Herseqovina yığmasının sabiq forvardı Fransada PSJ və "Dijon"un da uğurları üçün çalışıb.
Milli.Az