Kran aşan əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub

4 Sentyabr 2020 14:51

Bakıda qaldırıcı kran aşdığı əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. 

Milli.Az bildirir ki, bunu APA-ya nazirliyin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva deyib.

O bildirib ki, ilkin məlumata görə, binaya və bir neçə avtomobilə ziyan dəyib.

Milli.Az