6 ayı ərzində məhkəmə icraçılarında 700 mindən çox iş olub

4 Sentyabr 2020 13:43

Azərbaycanda 600-ə yaxın icra məmuru fəaliyyət göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.

F.Əfəndiyev deyib ki, onların hamısı dövlət qulluqçusudur: "Onların hamısı qanun çərçivəsində fəaliyyət göstərir. Bu ilin 6 aylıq hesabatına görə, onların icraatında 700 mindən çox iş olub".

Milli.Az