Ronaldunun sevgilisi 2 yeni obrazda - FOTO

4 Sentyabr 2020 18:39

"Yuventus"un hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqes İtaliya kinofestivalında görüntülənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Corcina bir gündə pərəstişkarlarının qarşısına iki fərqli obrazda çıxıb.

Belə ki, əvvəlcə "Ermanno Scervino"dan ağ kostyum geyinən Corcina daha sonra qırmızı xalıda eyni brendin açıq-bej rəngli atlaz libasında görüntülənib. O, bəzək əşyalarını "Pasquale Bruni"dən seçib.

Milli.Az