Gecə toy eləmək qadağan olunacaq!
22 Aprel 2010 16:48
BFM.ru xəbər verir ki, həftədə iş günlərinin sayı azaldılacaq, küçələrin işıqlandırılmasına məhdudiyyət qoyulacaq. Hökumət vətəndaşları toyları gecə saatlarınadək davam etdirməyə də icazə verməyəcək. Guman edilir ki, bu addımlar ölkənin 690 milyon avro qənaət etməsinə imkan verəcək.
Qeyd edək ki, Pakistanda ciddi enerji çatışmazlığı var. Bəzi yerlərdə sutkanın 20 saatında işıq olmur. Hətta məhz bu faktorun qiyama səbəb ola biləcəyini proqnozlaşdıranlar da var.
Milli.Az