Bu gün 2383 nəfər müəllim olmaq üçün imtahan verir

4 Sentyabr 2020 11:15

Bu gün informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, imtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Milli.Az