"İnter" Kolarovla razılıq əldə etdi

4 Sentyabr 2020 10:25

Milan "İnter"i növbəti transferinə yaxındır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Roma"nın müdafiəçisi Aleksandar Kolarovla razılıq əldə olunub.

34 yaşlı serbiyalı futbolçunun "neradzura"yla 1+1 il şərtiylə müqavilə imzalayacağı bildirilib. "İnter"in Serbiya millisinin kapitanı üçün "Roma"ya 1,5 milyon avro təzminat ödəyəcəyi qeyd olunub.

Milli.Az