Göyçay rayonunun Bəydövül kəndində ümumi sahəsi 120 m2 olan çayxana kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tikilinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az