Bakıda ev yanıb

3 Sentyabr 2020 20:44

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 60 m2 olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m2 sahədə yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az