Koronavirusa yoluxan Neymardan açıqlama

3 Sentyabr 2020 19:24

Koronavirusa yoluxan PSJ-nin futbolçusu Neymar səhhəti ilə bağlı açıqlama yayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, özünün "İnstaqram" səhifəsində oğlu ilə birlikdə bir neçə video yayımlayıb və yaxşı olduğunu bildirib:

"Mesajlarınız üçün hamınıza təşəkkür edirəm, yaxşıyıq" - deyə braziliyalı hücumçu vurğulayıb.

Milli.Az