Bakının bu ərazisində su olmayacaq

3 Sentyabr 2020 15:11

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 3 sentyabr tarixində gün ərzində Binəqədi qəsəbəsinin 1-ci, 2-ci və 3-cü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə Milli.Az-a "Azərsu" ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az