Moldova Azərbaycan qazına çıxış əldə edə bilər

3 Sentyabr 2020 09:06

Moldova Trans-Adriatik qaz kəmərinə (TAP) Ungenı-Kişinyov kəməri vasitəsilə qoşulmaqla Azərbaycan qazına çıxış əldə edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Alen Pillu deyib.

Qeyd olunub ki, 120 kilometr uzunluğunda Ungenı-Kişinyov qaz kəməri yaxın zamanlarda istifadəyə veriləcək və Rumıniya ilə Moldovanın qaz-nəqliyyat sisteminin birləşməsini başa çatdıracaq.

Ungenı-Kişinyov qaz kəməri təxminən 90 faiz qaz idxalından asılı olan Moldovaya enerji mənbələrini şaxələndirməyə imkan verəcək.

Milli.Az