58 silahlının toy əməliyyatı

22 Aprel 2010 16:29
Polşanın "TVN" telekanalı xəbər verir ki, Varşava polisi xüsusi təyinatlıların dəstəyi ilə "toy əhli"ni zərərsizləşdirib. Məlum olub ki, silahlı çeçenlərdən ibarət 58 nəfərlik qrup bir qızı qaçırdaraq, dostlarından birinə zorla ərə verməyi planlaşdırırmış. Qrup üzvlərindən "TT" tapançaları, onlarla bıçaq, dəyənək və sair götürülüb. Saxlanılan şəxslərə qarşı rəsmi ittiham irəli sürülüb. Onların Polşada qanunsuz yaşadıqları da üzə çıxıb.

Milli.Az