“Qalatasaray”dan yeni transfer

2 Sentyabr 2020 21:25

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" heyətinə yeni futbolçu cəlb edib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Türkiyə təmsilçisi Kerem Aktürkoğlu ilə anlaşıb.

21 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. O, son olaraq 3-cü liqa təmsilçisi "Ərzincanspor"da çıxış edib.

Milli.Az