Afaq Aslan iş adamına ərə gedir

2 Sentyabr 2020 16:47

Açıq-saçıq fotosessiyaları ilə sosial medianın gündəmini zəbt edən müğənni Afaq Aslan ailə qurmağa hazırlaşır.

Milli.Az bildirir ki, müğənninin özü də Vesti.Az-a xəbəri təsdiqləyib.

Doğum gününü qeyd edən sənətçi ailə quracağı şəxsin əslən braziliyalı olduğunu deyib.

Bildirilir ki, toy mərasimi karantindən sonraya planlaşdırılır.

Milli.Az