Fermada yanğın olub

2 Sentyabr 2020 09:20

Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 550 m² olan fermanın yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı köməkçi tikilinin taxtadan ibarət divarı 10 m² sahədə qarsalanıb.

Fermanın qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az