Real Madrid-dən Milan-a

1 Sentyabr 2020 18:49

Real Madrid yarımmüdafiəçisi Brahim Diası icarəyə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2020/21 mövsümünü Milan-da keçirəcək. Müqavilədə satın alma şərtinin olmadığı bildirilib.

Qeyd edək ki, Real İspaniyanın U-21 millisinin üzvünü 2019-cu ilin yanvarında Manchester City-dən 17 milyon avroya transfer edib.

Milli.Az