Azərbaycan əhalisinin 62.2%-i əsasən Feysbuk şəbəkəsindən istifadə edir - SORĞU

3 Sentyabr 2020 21:15

Azərbaycan əhalisinin 62.2%-i əsasən Feysbuk sosial şəbəkəsindən, 58.7%-i isə əsasən İstaqramdan istifadə edir.

Bu haqda Sosial Tədqiqatlar Mərkəzinin əhali arasında apardığı sorğunun nəticəsində qeyd olunur.

Respondentlərin 17% bildirib ki, sosial şəbəkələr üzərindən internet TV-ə müntəzəm qaydada baxırlar.

Qeyd edək ki, sorğu 2004 nəfər arasında aparılıb.

Milli.Az