Gürcüstan vətəndaşı Azərbaycanla sərhəddə saxlanılıb

1 Sentyabr 2020 18:59

Azərbaycan-Gürcüstan sərhədində, "Qırmızı körpü" sərhəd-keçid məntəqəsində bəyan edilməmiş qızıl-zinət əşyalarını keçirməyə çalışan Gürcüstan vətəndaşı saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bildirib.

Qeyd olunub ki, həmin şəxsdən 59,72 qram həcmində qızıl məmulatları müsadirə edilib.

O, 2,4 min dollardan çox məbləğdə cərimə olunub.

Milli.Az