Azərbaycanda 2020-ci ilin yanvar-iyul ayları ərzində kənd təsərrüfatı sahəsində təchiz edilən maşın və avadanlıqların sayı açıqlanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, 2020-ci ilin birinci yarısında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 17,9 milyon manat dəyərində 54 ədəd taxılyığan kombayn, 63 ədəd müxtəlif növ traktor, 32 ədəd kotan, 13 ədəd çiləyici və tozlayıcı, 4 ədəd otbiçən, 6 ədəd gübrəsəpən, 46 ədəd səpici aqreqatlar, 14 ədəd mala, 14 ədəd kultivator, 9 ədəd traktor yedəkləri (qoşqular), 20 ədəd ot və küləş presləyən, 8 ədəd ot dırmığı, 3 ədəd taxıl (toxum) təmizləyən, 10 ədəd bağarası frez və 125 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və verilib.
Milli.Az