"Boka Xuniors"da kütləvi yoluxma - 19 futbolçu

1 Sentyabr 2020 14:43

Argentinanın "Boka Xuniors" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 19 futbolçunun testi müsbət nəticələnib. Oyunçuların yenidən testdən keçəcəyi bildirilib.

Komandanın məşqləri 72 saatlıq dayandırılıb.
 
Paytaxt klubu sentyabrın 17-də Libertadores kubokunda Paraqvayın "Libertad" klubu ilə qarşılaşmalıdır. Əgər klub o vaxta qədər heyəti qura bilməsə texniki məğlubiyyətlə üzləşəcək.

Milli.Az