Gürcüstandan daha 134 Azərbaycan vətəndaşı təxliyə edilir

1 Sentyabr 2020 12:20

Sentyabrın 4-də Gürcüstandan daha 277 nəfər Azərbaycana təxliyə ediləcək.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, təxliyə edilənlərdən 134 nəfəri Azərbaycan vətəndaşı, 135-i Gürcüstan, 1-i Türkiyə, 6-sı Rusiya və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə ediləcək şəxslər sentyabrın 3-də Tbilisidəki klinikalardan birində PZR testlərindən keçiriləcək, neqativ cavab alan şəxslərə COVID-19 pasportu veriləcək və onlar sentyabrın 4-də saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından avtobuslarla "Sınıq Körpü" sərhəd keçid məntəqəsinə yola salınacaqlar. Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı bildirilib.

Milli.Az