Tovuzda "Kamaz" yanıb

1 Sentyabr 2020 07:11

Tovuz rayonunun Qəribli kəndində "КамАЗ" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri, banına və qoşqusuna yığılan 16 ton ot bağlamasının 8 tonu yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az