Xəzər dənizində zəlzələ qeydə alınıb

31 Avqust 2020 21:40

Avqustun 31-də Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:44-də qeydə alınıb.

Zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.

Milli.Az