«Yuventus» hücum xəttini «istefaya» göndərir

22 Aprel 2010 15:41
"Footballpress" xəbər verir ki, yay transfer pəncərəsində Amauri, Trezeqe, Yakvinta və Covinko turinlilərin heyətini tərk edəcəklər. Baş məşqçi postuna "Liverpul"un çalışdırıcısı Rafael Benitesi gətirmək üçün əlindən gələni edən "Qoca sinyora" göndərəcəyi 4 hücumçunu yeni "dördlük"lə əvəzləməyi planlaşdırır. Bunlar "Liverpul"dan Fernando Torres, "Sampdoriya"dan Canpaolo Patsini, "Kataniya"nın hücumçusu Maksi Lopes və "Volfsburq"dan Edin Cekodur.

Milli.Az