Həmyerlimizin baş məşqçisi istefa verdi

26 Dekabr 2011 11:01
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu "Kayseri Erciyesspor" klubu başsız qalıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmyerlimizin komandası baş məşqçi Fikrət Yılmazla yollarını ayırıb.

Buna səbəb kimi isə Yılmazla rəhbərlik arasında fikir ayrılığının yaranması göstərilir. Üç gün öncə mətbuat konfransı keçirən məşqçi Bank Asya liqasının II dövrəsində uğurlu çıxış etmələri üçün rəhbərlikdən ən azı 4 futbolçunun transfer edilməsini tələb edib.

Lakin rəhbərlik bu tələbi yerinə yetirməyincə, Fikrət Yılmaz istefa verdiyini açıqlayıb. Komandaya isə "Fənərbağça"nın sabiq futbolçusu Kəmaləddin Şəntürkün gətiriləcəyi bildirilir.

Qeyd edək ki, Kayseri təmsilçisi hazırda 16 turdan sonra 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Milli.Az