"KFC"də partlayış: yaralılar var

31 Avqust 2020 13:18

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə "KFC" restoranında partlayış olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Hadisə nəticəsində yaxınlıqdakı avtomobillərə və tikililərə ziyan dəyib.

Yaxınlıqdakı yollar bağlanıb.

Milli.Az