Ceyhun Bayramov Qubadlının işğalı barədə yazdı

31 Avqust 2020 11:18

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan qoşunları tərəfindən işğal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu ifadəni Xarici işlər naziri Ceyhun Bayramov öz "Twitter" səhifəsində yazıb.

Nazir xatırladıb ki, azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib:

"27 il Qubadlısız. Rayon 1993-cü il avqustun 31-də Ermənistan qoşunları tərəfindən işğal edilib və azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib. Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaq!"

Milli.Az