Türkiyədə dərslər başladı, ilk zəngi nazir çaldı - VİDEO

31 Avqust 2020 12:29

Türkiyədə 2020-2021-ci tədris ili bu gün başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin Milli Təhsil naziri Ziya Səlçuk şərti ilk zəngi çalıb.

Nazir bildirib ki, sentyabrın 18-ə kimi təhsil məsafədən davam edəcək.

Onun sözlərinə görə, sentyabrın 21-dən sonrakı dövr üçün müvafiq qərar vəziyyətə uyğun olaraq qəbul ediləcək.

Milli.Az