"Neftçi" "Qalatasaray"a rəqib oldu - YENİLƏNİB

31 Avqust 2020 15:12

15:12

"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi püşkatma nəticəsində səpələnmişlər səbətindəki "Qalatasaray"la qarşılaşacaq.

Oyun sentyabrın 17-də Bakıda keçiriləcək.

---------

10:17

"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi püşkatma nəticəsinə bu 3 komandadan biri ilə qarşılaşacaq: "Dinamo" (Moskva, Rusiya), "Qalatasaray" (Türkiyə),  "Kayrat" (Qazaxıstan).

Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində  atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.

Milli.Az