Bakı metrosu 15 sentyabra qədər işləməyəcək

31 Avqust 2020 07:55

Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, bu barədə Baş nazir Əli əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti sentyabrın 15-ə qədər uzadılıb.

Milli.Az