Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 30-na olan statistik göstəriciləri açıqlayıb.
Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 137 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 917 027 test aparılıb. Aktiv xəstə sayı 2 075 nəfərdir, onlardan 138 nəfər reanimasiyadadır, 14 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Milli.Az