Üç qızı yanan ana: "Evim yox, həyatım kül oldu" - VİDEO - FOTO
26 Dekabr 2011 11:25
Onların üçü 10 yaşınadək olan uşaqlardır.
Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, səhər saatlarında başlayan yanğına ayılan qonşular dərhal polis və yanğınsöndürənləri çağırıblar. Evin sahibəsi, 47 yaşlı Madonna Becer və qonaqlarından biri yanan evdən çölə çıxa biliblər. Becerin üç kiçik qızı ilə 2 qonağını isə yanğınsöndürənlər xilas edə bilməyiblər.
"Calvin Klein" modalar evinin sabiq icraçı meneceri Madonna Becerin dediyinə görə, yanğın səhər saat 5-də başlanıb. O, dama çıxaraq qızlarının yatdığı yataq otağına pəncərədən girməyə və övladlarını xilas etməyə çalışsa da, bir nəticə hasil olmayıb.
"ABC News" bildirir ki, Becerin 7 yaşlı qızı ilə 3 yaşlı iki əkiz qızı yanğında həlak olublar.
Yanıb kül olmuş malikanənin dəyəri 1,725 milyon dollar idi. Qonşuluqda yaşayan Çarlz Manqanonun dediyinə görə, çox salışsalar da, uşaqları xilas edə bilməyiblər: "Səhər saatlarında məni arvadım yuxudan oyatdı və "Qonşunun evi yanır" dedi. Elə alt paltarında küçəyə qaçaraq yanğına tərəf getdim. Çox çalışdım, amma orada, alovların arasında qışqıran uşaqları xilas edə bilmədim". Madonna Becer yüngül yanıq yaraları ilə Stemford xəstəxanasına aparılıb. Onun əri Metyu Barsuk isə dərin şokda olduğundan həkim nəzarəti altındadır. "Evim yox, həyatım kül oldu", - Madonna Becer deyib. Şəhər meri Maykl Paviyanın dediyinə görə, şəhərdə hələ belə faciə olmamışdı.