Resident Evil serial olur: Netflix-də yayımlanacaq

1 Sentyabr 2020 21:55

Netflix platforması Resident Evil videooyununun serialını çəkmək niyyətindədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, platforma artıq sözügedən serialın birinci mövsümü üçün 8 seriyanın sifarişini verib.

Qeyd edək ki, ekran işinin ssenari müəllifi məşhur Fövqəltəbii (Supernatural) serialının icraçı prodüseri Endrü Debb olacaq.

Milli.Az