"Beşiktaş" "Yeni Malatyaspor"un cinah futbolçusu Gökhan Töreni transfer edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi tezliklə 28 yaşlı futbolçunu ictimaiyyətə təqdim edəcək.
"Ağ-qaralar" bu keçid üçün müəyyən qədər təzminat ödəyib.
Gökhan Töre 2019-cu ilin yayında "Beşiktaş"dan ayrıldıqdan sonra "Yeni Malatyaspor"a keçmişdi. Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 28 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
Milli.Az