Neymarın müqaviləsi ləğv olundu

30 Avqust 2020 15:55

"Nike" şirkəti PSJ-nin futbolçusu Neymarla olan əməkdaşlığa son verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Nike" Neymarla müqaviləni erkən ləğv edib. Razılaşmanın pozulmasının təfərrüatları bəlli deyil.

28 yaşlı hücumçu 2011-ci ildə şirkətlə 105 milyon dollarlıq sözləşmə imzalamışdı. Tərəflərin əməkdaşlığı 2022-ci ilə qədər nəzərdə tutulurdu.

Braziliyalı futbolçunun "Puma"yla əməkdaşlığa başlayacağı iddia olunur.

Milli.Az